Rusiyanın “Qərb” qoşun qruplaşmasının “Mixa” ləqəbli snayperçisi Ukrayna Silahlı Qüvvələrinin (VSU) Krasnolimansk istiqamətində mövqelərinə basqın edən piyadaları qoruyarkən bir həftə qarda mövqelənərək uzanıb. Onun ayaqları donub. Bu barədə "Zapad" qrupunun "Başqırdıstan" könüllü alayının snayper taqımının komandiri vəzifəsini icra edən "Kasper" ləqəbli döyüşçü Rusiya mediasına açıqlamasında danışıb.
Onun sözlərinə görə, snayper cütü hücum əməliyyatını gücləndirmək üçün piyadaların tərkibində hərəkət edərək müəyyən mövqedə yerləşdirilib və təxminən bir həftə kamuflyajlı halda snayper mövqeyində qalıblar.
“Beləliklə, snayperimizin ayağı dondu... Dekabr ayıdır, gecə qar, yağış yağmışdı. Hər yer palçıq, yağış suyu idi”,- o qeyd edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural