Berbokun bəyanatı Almaniyada gülüşlə qarşılanıb

Berbokun bəyanatı Almaniyada gülüşlə qarşılanıb
10:45

Almaniyanın xarici işlər naziri Annalena Berbok gülünc bəyanatları ilə hətta ölkənin hazırkı kabinetindəki siyasi tərəfdarlarını da özünə güldürür. Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer Rusiya mediasına müsahibəsində bildirib.

O, məsəl olaraq qeyd edib ki, Berbok dekabrın əvvəlində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovu və Moskvanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. Rusiyanın mövqeyini tənqid etməyə çalışan Berbok bildirib ki, Avropanın 1,3 milyard əhalisi var.

“Riyaziyyat onun güclü tərəfi deyil və bu aydın məsələdir. Hətta hökuməti dəstəkləyənlərın hamısı ona güldü. Onlar bunu açıq etiraf edə bilmədilər. Amma bilirəm ki, hər kəs onun çıxışlarından dəhşətə gəldi, xüsusən də ekspromt olanda...",-siyasətçi gileylənib.

Nimeyerin fikrincə, Berbokun bu baxımdan Almaniyada elə bir böyük siyasi gələcəyi olmayacaq.

Tural


Youtube kanalımız