Bakıda kollecin ərazisində yanğın - VİDEO

Bakıda kollecin ərazisində yanğın - VİDEO
18 İyn 2024 20:17

Bakıda, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində yanğın olduğu bildirilir.

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidməti cavab olaraq faktı təsdiqləyib.

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin həyətində 300 kvadratmetr sahədə quru ot sahəsi yanıb. Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.  


Youtube kanalımız

Oxşar xəbərlər