“Azərbaycan sülh imzalanması üçün yeni təkliflər irəli sürüb“- Hərbi ekspert 

“Azərbaycan sülh  imzalanması üçün yeni təkliflər irəli sürüb“-  Hərbi ekspert 
29 Apr 2024 10:26

"Qərb və digər qüvvələr çalışırlar ki bölgədə sülh imzalanmasın"

Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a açıqlamasında deyib.

"Bölgədə gərginlik qalda, təhlükəsizlik zəmanəti olmasa təbii ki heç bir projelərin və orta dəhlizin inkişaf etdirilməsi gecikəcək. Digər tərəfdən isə region üçün təhlükəli ərazi olacaq. Belə olan halda maraqlı olan qüvvələr Ermənistanda öz maraqlarını təmin edəcəklər ya da bu inkişafı gecikdirəcəklər. Düşünürəm ki cənab prezidentin bütün görüşləri regionda sabitlik, sülh müqaviləsinin bağlanması, təhlükəsizlik zəmanəti məsələləri ortaya qoyur.  Artıq Azərbaycan sülh müqaviləsinin imzalanması üçün yeni təkliflər paketi irəli sürüb. Bu yene də Azərbaycanın sülhlə bağlı niyyətini göstərir. Azərbaycan nə lazımdırsa edir"-deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər