Azərbaycan idmançısı gümüş medal qazandı

Azərbaycan idmançısı gümüş medal qazandı
14 Dek 2024 22:37

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.


News365.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.


O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.


Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.


Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.


Youtube kanalımız