ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində futbol oyunu zamanı avtomobil azarkeş kütləsinə çırpılıb. Hadisə nəticəsində iki nəfər (o cümlədən bir uşaq) həlak olub, bir neçə nəfər ağır xəsarətlər alıb.
Associated Press və Reuters agentliklərinə istinadən verillən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü polis tərəfindən həbs olunub.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. Avtomobilin kütləyə bilərəkdən, yoxsa bədbəxt hadisə nəticəsində çırpıldığı hələlik açıqlanmır.