“Avropa parlamentində tarazlıq dəyişəcək“- Politoloq

“Avropa parlamentində tarazlıq dəyişəcək“-  Politoloq
29 Apr 2024 10:17

Avropa İttifaqı yeni seçkiyə hazırlaşır. 

Mövzu ilə bağlı news365.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, ənənəvi siyasətdən fərqli olaraq büdcəyə nəzarətə xüsusi diqqət ayıran komanda formalaşacaq:

"Bu dəfə sağlar əvvəlkinə nisbətən daha böyük səs üstünlüyünə sahib olacaqlar. Mən deməzdim ki parlamentin daha çoxluğunu götürəcəklər, ancaq ən azından əlli faizə yaxın tərkib təqribən sağ partiyalardan ibarət formalaşacaq. Bu isə o deməkdir ki, indiyə qədər ki ənənəvi siyasətdən fərqli olaraq daha çox nəzarət həyata keçirə bilən, büdcəyə nəzarətə xüsusi olaraq diqqət ayırmalı olan bir yeni komanda formalaşacaq. Bu dəfə tərkib antirusiya mövqeli siyasi partiyalardan olacaq"- deyə əlavə edib.

Vəfa Vəliyeva, News365.az 


Youtube kanalımız

Oxşar xəbərlər