Paşinyan yenə “məclisdən kənar” qaldı – GÜNÜN FOTOSU

Paylaşın

Xəbər verdiyimiz kimi, mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

Geniş tərkibli görüşdən öncə dəhlizdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev, Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bir araya gəlib.

Bununla bağlı çəkilən fotoda Ermənistan Baş nazirinin söhbətdən kənarda qalması diqqəti cəlb edib. Belə ki, Azərbaycan, Qazaxıstan, Rusiya və Belarus liderlərinin söhbətində Paşinyan iştirak etməyib

Qeyd edək ki, Azərbaycan lideri iclasa qonaq qismində dəvət alıb. 

Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak  edib.