Belə ki, 48 yaşlı aktyor həm də həmkarı olan həyat yoldaşına ilk görüşdən aşiq olmadığını etiraf edib: “40 yaşımdan sonra bir daha kimisə sevə biləcəyimdən əmin deyildim. Amma həyatın nə gətirəcəyini heç vaxt bilmirsən. Sinemi əvvəllər də tanıyırdım. İlk baxışdan aşiq olmadım, ona qarşı sevgimi 4-cü görüşümüzdə hiss etdim. O anda öz-özümə “mənə nəsə oldu, burada başqa bir şey var” dedim. Eşq çoxaldan, təəccübləndirən, insanı daha emosional, daha güclü edən bir şeydir. Əgər inandığın bir sevgi varsa, heç nə səni yolundan dayandıra bilməz.
“Ona 4-cü görüşümüzdə aşiq oldum…”
