Gələn həftə Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü KEÇİRİLƏCƏK

Paylaşın

“Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır”.
Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü zamanı bildirib.

“İndi biz Rusiya nümayəndə heyəti ilə razılaşdıq ki, yaxın gələcəkdə, məsələn, bir həftə sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşü planlaşdırılsın. Mən həmkarlarımdan xahiş edəcəm ki, bu tarix barədə razılığa gəlsinlər, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər və indiyə qədər tənzimlənməmiş, belə demək mümkünsə, suallar aradan qaldırılacaq”, – deyə Rusiya rəhbəri qeyd edib.