Rusiya prezidenti Vladimir Putin Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid etdiyini açıqlayıb.
İqtisadçı ekspert Eldəniz Əmirov News365.az saytına açıqlamasında bildirir ki, bu təklif Azərbaycan üçün də yararlıdır:
“Bir həftə əvvəl Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun bir hissəsinin çəkilməsi haqqında saziş imzalanıb. Bu saziş Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirməyə fokuslanıb. Bu həm İran, həm də Moskva üçün çox önəmlidir. Təbii ki, Azərbaycan üçün də önəmli ola bilər. Amma Azərbaycan üçün daha önəmlisi regionda sülhə nail olmaqdır. Düşünürəm ki, həm Moskva, həm də İran Azərbaycanı onların layihələrinə töhfə verməsini istəyirsə, Azərbaycanın təklif etdiyi sülhü dəstəkləmələri onların mənəvi və hüquqi borcu olmalıdır”.