Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri möhkəmləndirmək niyyətindədir.
Siyasi şərhçi Mətin Məmmədli News365.az saytına açıqlamasında bildirir ki, Azərbaycan Avrasiya İttifaqına üzv olmasa da, bu ittifaqa daxil olan dövlətlərlə yüksək səviyyəli münasibətlər yaradıb:
“Bu münasibətlər strateji müttəfiqlik, strateji tərəfdaşlıq səviyyəsindədir. Ermənistan istisna olmaqla ölkəmiz ittifaqa üzv dövlətlərlə siyasi, iqtisadi, ticari və enerji sahəsində əməkdaşlığa sahibdir. İttifaqa daxil olan ölkələrlə əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanır. Suverenlik, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət edilir. Bu da özünü iqtisadi əməkdaşlıqda göstərir. Azərbaycanın Avrasiya İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsi ildən- ilə artır”.
Qeyd edək ki, hazırda ittifaqa Belarus, Rusiya, Qazaxıstan və Ermənistan daxildir.