2016-cı ilin aprel döyüşlərindən 7 il keçir. Bu tarixdə yola çıxan qatarın son dayanacağı 8 noyabr oldu.
News365.az xəbər verir ki, bu tarixi döyüşlərin iştirakçısı Mirdamət Bağıyev o günləri belə xatırlayır:
” Döyüşün ilk günlərindən yaralandım. Yaralanmağıma baxmayaraq döyüş meydanını tərk etmədim. Əksinə düşmənin üzərinə yeridik. Çünki illərlə həsrətində olduğumuz torpaqlarımıza ayaq basmışdıq. Çox qürurverici hissdir. Döyüşün gedişatında düşmən tankları hücuma keçdilər. Mən də əlimdəki tank əleyhinə vasitə ilə yerdəyişmə edərək düşmən tanklarının qarşısını aldım. Ümumilikdə, düşmənin 7 tankını vurdum. Düşmənə dəstəyə gələn heyətlə dolu 3 avtomobil texnikasını məhv etdim. Bir komandir cipi və döyüş maşınını məhv etdim”,-deyə qeyd edib.
Bu döyüşlər Azərbaycan hərb tarixinə “Dördgünlük Müharibə” adı ilə daxil oldu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı Gülüstan kəndi, Tərtər Qaazaxlar kəndi və Tərtərin Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.