11 ayın sultanı Ramazanda qidalanma çox vacib şərtdir. Həm enerji verən, həm də immuniteti yüksəldən qidaların qəbulu orucu asanlaşdıra bilər.
News365.az bununla bağlı müəyyən araçdırma aparıb. Və Ramazan ayında enerjinizi saxlayacaq 10 qidanı müəyyən edib:
- Yumurta: Tam bir zülal qaynağıdır. Xüsusilə sahur süfrələrində gün boyu enerjimizi saxlayacaq əsas qidadır.
2. Süd məhsulları, xüsusilə evdə hazırlanan qatıq və kefir.
3. Yağsız qırmızı ət məhsulları: Zülal və B12 vitamini təmin edərək Ramazanda enerjimizi artıran ən əhəmiyyətli qidalardan biridir.
4. Paxlalılar: Yüksək keyfiyyətli lif və vitamin tərkibi ilə Ramazan ayının əvəzolunmaz qida qrupudur.
5. Taxıl məhsulları: Əsas enerji qaynağımız olan keyfiyyətli karbohidratları təmin edən qidalar lif tərkibi ilə də bağırsaq sağlamlığı üçün çox əhəmiyyətlidir.
6. Mövsümi göyərti və mövsüm meyvələri: Tərkibindəki vitaminlərlə Ramazanda enerjimizi artıran və immunitetimizi gücləndirən mühüm qida qrupudur.
7. Avokado: yüksək keyfiyyətli yağ tərkibi ilə həm sahur, həm də iftar süfrələrində yer almalı, enerji verən və toxluq müddətini uzadan möhtəşəm bir qidadır.
8. Çiy balqabaq tumları: Sink və yüksək lif tərkibi ilə enerjini qoruyaraq canlılıq təmin etməklə yanaşı, bağırsaq sağlamlığı üçün çox əhəmiyyətlidir.
9. Xurma: Ramazan ayının əvəzolunmazı olan xurma tərkibindəki yüksək lif və vitaminlərlə enerjimizi artıran ən qiymətli qidadır.
10. Yulaf əzməsi: Yüksək lif və B vitaminləri ilə gün ərzində qan şəkərini balanslaşdırmağa kömək edir və enerjimizi yüksək saxlayır.