“Paşinyan guya iki ölkənin arasında balanslaşdırılmış siyasət aparır”

Paylaşın

Ermənistanın baş naziri Nikol Paşinyan təcavüzkar ritorikasına davam edir. Ermənistanın monoetnik dövlət olmadığını iddia etməklə yanaşı, Qarabağ ermənilərinin reinteqrasiya prosesinə əngəl törədir. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin iddialarına cavab olaraq bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəkməlidir.

News365.az xəbər verir ki, Paşinyanın açıqlamalarını şərh edən hərbi ekspert Telman Qasımov bildirir ki, Paşinyanın təhlükəli “oyunu” onun sonunu hazırlayır:

” Paşinyana verilən tapşırıq budur ki, sülh prosesini bacardıqca uzatsın. Hazırda regionda iki qütbün: Amerika və Rusiyanın arasında çəkişmə gedir. Hər iki ölkə çalışır ki, öz sülh paketini irəli sürsün. Bunun fonunda Paşinyan guya iki ölkənin arasında balanslaşdırılmış siyasət aparır. Bunun nəticəsi Paşinyanı və Ermənistanı fəlakətə aparacaq”.

Hərbi ekspert onu da vurğulayır ki, Azərbaycan- Ermənistan münaqişəsi fonunda digər qüvvələr regionda öz maraqlarını təmin etməyə çalışır:
” Çin, İran və Rusiya Qərbə qarşı yeni bir cəbhə açır. Bir tərəfdən Qərb NATO səviyyəsində Gürcüstana və Ermənistana girməyə çalışır. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. İran, Çin, Rusiya üçlüsü isə NATO- ya qarşı Cənubi Qafqazda bariyer yaratmaq istəyir”,-deyə ekspert bildirdi.

Ləman Şərifova