Tibbi səyahət sığortası qəfil baş verən hadisələrə şamil olunur.
Bunu news365.az-a açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov bildirib.
“Əvvəldən hansısa xəstəlik varsa, biz gedib başqa bir ölkədə onunla bağlı hansısa həkimə müraciət edirik. Bu səyahət sığortasının əhatə dairəsində deyil. Sığorta müqaviləsi tərtib olunan zaman orada sığorta kompensasiyasının məbləği göstərilə bilər.” deyə ekspert vurğulayıb.
K.H
News365.az