İranın hazırkı rejimi ikinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni bu gün də həzm edə bilmir. İranın radikal rejimi Azərbaycanın regionda qalib dövlət kimi yeni reallıqlar ortaya qoymasına ciddi şəkildə narahatlığını hiss etdirir.
Bunu news365.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.
“İran bu narahatlıqlarını həm siyasi müstəvidə, həm informasiya cəbhəsində biruzə verir. İran rejimi bu məqsədlə Ermənistana olan sevgisi, səfərlərin təşkil edilməsi məhz anti-Azərbaycan siyasətinin tərkib hissələrindən biridir. Düşünürəm ki, İranın hazırkı rejimi dezinformasiyalar yaymaqla Azərbaycana qarşı bu siyasətini və anti-Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoyur. Əslində 30 ilə yaxın müddət ərzində Azərbaycan işğal altında olan torpaqlarını qzad etməklə, münaqişəyə son qoymaqla tək xalqımızın torpaqlarını azad etmədi, eyni zamanda bütün müsəlmanlar üçün müqəddəs sayılan məscidlərimizi təhqir olunmaqdan azad etdi. Eyni zamanda İran üçün də müqəddəs sayılmalı olan qəbirsanlıqlarımızın təhqir edilməsinə son qoydu. Bunlar İran tərəfindən dəsdəklənməliydi, amma onlar fərqli mövqe sərgiləyirlər.”
X.Bəşirov hesab edir ki, bugün Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid xarakterli bəyanatlar səsləndirməklə İran odla oynadığını anlamır. Bütün bu proseslərin nəticəsi olaraq həm Azərbaycanın, həm də İranda yaşayan azərbaycanlıların qarşısında cavab verəcək.
K.H
News365.az