Bu hələ başlanğıcdır

Paylaşın

Ədalət Muradov, illərin dillər əzbəri olan rüşvət məkanı “NarXoz”undan rüşvətin olmadığı müasir UNEC yaratdı. Potensial gənc kadrlara etimad göstərib, səlahiyyətlər verdi. Bu gənc kadrlar da öz gərgin və peşəkar əməkləri ilə rektorun bu etimadını doğruldu. Nəticə isə göz önündədir. UNEC Azərbaycan ali məktəbləri tarixində bir ilkə imza atdı.

Bu sözləri news365.az-a açıqlamasında iqdisadçı Eldəniz Əmirov bildirib.

“İnanıram ki, bu hələ başlanğıcdır. UNEC bir sıra istiqamətlərdə reytinq göstəricilərini yüksəltməkdə davam edəcək. Digər ali məktəblərimiz də öz uğurları ilə bizi sevindirəcəkdir. Əgər potensiallı insanlar səlahiyyətlilər tərəfindən qısqanılarsa, onlara 1 qram səlahiyyət verib, 5 qram maneə yaradılarsa heç bir uğurdan söhbət gedə bilməz.” Deyə E.Əmirov əlavə edib.

Qeyd edək ki, dünən QS Dünya Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini (SUBJECT RANKİNGS 2023) açıqlanıb. UNEC ilk dəfə olaraq İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəlib.

K.H
News365.az