Dövlət orqanlarına olan borca görə bank kartlarınıza blok qoyula bilər. Bu isə yalnız bir neçə halda mümkündür.
Bunu news365.az-a açıqlamasında iqdisadçı Xalid Kərimli bildirib.
“Vətəndaş dovlət orqanlarına borclu olduğu halda ödənişdən yayınması və dövlətin bununla bağlı göndərdiyi sərəncam əsasında həyata keçirilə bilər. Banklar dövlətin sərəncamını icra etmək məcburiyyətindədir, digər hallarda bu ehtimal yoxdur. Sizin hansısa borcunuzun olması kartlarınızın dondurulması anlamına gəlmir. Yalnız o halda ola bilər ki, dövlət banka sərəncam göndərsin” deyə X.Kərimli vurğulayıb.
K.H
News365.az