Türkiyə mətbuatı: İran Qarabağa döyüşçülər göndərir

Paylaşın

Türkiyə mətbuatı İranın 4000 nəfərlik xüsusi döyüşçü dəstəsini Qarabağa göndərəcəyinə dair xəbər yayımladı. Ekspertlər İranın regionun aqressiv dövləti olaraq tanınmasını və Azərbaycana qarşı düşmən mövqedə durmasını qeyd edərək İranın Ermənistana dəstək verə biləcəyini istisna etmirlər.

News365.az xəbər verir ki, xəbərin müəllifi Yılmaz Bilgen bildirir ki, İraqdakı qaynaqlarından məlumatları əldə edib:
”  Qasım Süleymaninin sələfi olan İsmayıl Kaani Hələbə gizli əmrlə gəlmişdi. Döyüş təcrübəsi olan döyüşçülərin hazırlanmasına dair təlimat vermişdi. Bu xəbərin yayımlanmasından 1 ay sonra mənbələrimizdən aldığımız məlumata görə, İranın Sincar şəhərində məxfi bir düşərgə salınıb. Düşərgələrdə döyüşçülərə təlim keçirildiyi bildirildi. Daha sonra fotolar da əldə etdik. İran bu döyüşçüləri Qarabağdakı erməni terroristlərinə dəstək üçün göndərə bilər. 6-15 aprel tarixləri arasında Qarabağ bölgəsində hərəkətlənmə ola bilər”.