Talış kəndi sakinləri news365.az-a danışdı

Paylaşın

İşğaldan azad olunan talış kəndinə həyat yenidən qayıdıb. 44 günlük vətən müharibəsinin şüarı olan Qarabağ Azərbaycandır yazısından tutmuş kənddə hər şey insanı qürurlandırır. Yenidən qurulan kənd, yeni inşa oluna evlər və infrastruktur. O cümlədən 30 ildən sonra torpağına qayıdan sakinlərin yaşam tərzi insanda müxsbət əhval-ruhiyyə yaradır.

News365.az-a açıqlama verən Talış kənd sakini Səməd Həsənxan deyir: “Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə mən və mənim qardaşım iştirak etmişik. Bizim üçün qürurvericidir. Ata-baba yurdumuza qayıtmışıq, yaşayırıq. Burda yaradılan imkan, şəraiti çox yaxşıdır. Ötən gün cənab prezidentimiz kəndimizə gəlmişdi və bizi çox qürurlandırdı. Sakinlərlə bir-bir danışmağı, səmimi görüşləri, bizim üçün fəxrdir ki, bizimlə maraqlanır.

Talışa yeni köçürülən 20 ailədən biri də Rəbiyə Rzayevanın ailəsidir. O doğma yurdun havasını ciyərlərinə çəkib, yaradılan şəraitdən ağız dolusu danışır: “30 ildir ki, buralardan qaçqın, məcburi köçkün düşmüşük. Bura arzusuyla, talış arzusuynan yaşamışıq. Şükürlər olsun ki, bu günkü gündə torpağımıza qayıtdıq. Yüksək səviyyədə evlər, rahat yerində, hər şeyi çox gözəl… Təbiəti gözəl, abu-havası gözəl, baxçası, məktəbi hər bir şəraiti var

Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib. Talış kəndinin yüksək nöqtələrindən birində əhalinin asudə vaxtlarını rahat keçirəcəkləri istirahət güşəsi tikilib.

K.H
News365.az