“Uşaqlar müəllimə hazırlıq üçün pul verirlərsə, bu mütləq münasibətləri korlayır”

Paylaşın

Tələbə və şagird davranışı  çox ciddi məsələdir. Böyük Kant yazırdı ki, şagirdin davranışı onun xarakterinin əsas cizgisi olmalıdır: “Təhsil tərbiyədən sonra gəlməlidir.”

Biz Qəbul imtahanlarında Test üsulunun tətbiqini dəyərləndirmişik. Bu sistem bilikli abituriyentlərin Ali məktəblərə daxil olmasına şərait yaratdı. Lakin uşaqları məktəblərdən didərgin saldı. Məktəb şagirdləri zəruri biliklər verməklə yanaşı, tərbiyə etməli və onların fiziki hazırlığını gücləndirməlidir. Uşaqların məktəbdən didərgin salınması sosiallaşmanı yoxa çıxardı, tərbiyə faktorununun üstündən xətt çəkdi. Bir cəmiyyətdə ki, uşaqlar müəllimə hazırlıq üçün pul verirlərsə, bu mütləq münasibətləri korlayır. Artıq məktəb təhsili tamamilə sıradan çıxıb. Uşaqlar müəyyən edilmiş vaxtlarda məktəbdə yox, əllərində test kitabçaları evlərdə, yaxud Kurslarda təhsil alırlarsa onların davranışlarında mütləq dəyişiklik yaranır. Valideynlər uşaqlarının harada olmasından xəbərsiz olurlar. Təəssüflər olsun ki, uşaq və yeniyetmə psixologiyası sahəsində tədqiqatlar yetərli deyil. 10-11 sinif uşaqlarının məktəbdən kənar qalmaları Ali təhsil mərhələsində də özünü göstərir. Uşaqlar elə başa düşürlkər ki, onlar üzərlərinə düşən işi yerinə yetiriblər. Böyük kəsim tələbələrdə arxayınçılıq yaranır. Ali məktəblərin qarşısında dayanın və tələbə davranışlarına diqqət edin. Bir neçə Ali məktəb həm də gənclərin bötöv şəxsiyyət kimi yetişməsində maraqlıdırlar. Bunu təhsilin keyfiyyətinə düşən tələblər və nizam-intizam qaydalarına rəiyyət edilməsi vasitəsilə edirlər. Məktəbi itirən cəmiyyət gələcəyini itirmiş olur. Məktəbi öz axarına qaytarmaq lazımdır. Qəbul prosesini sadələşdirin, proqramları yüngülləşdirin, lakin qısa zaman kəsiyində uşaqları məktəbə qaytarın.
İfrat dərəcədə dinə yuvarlanan, oğru aləminin üzvünə mahnı oxuyan, zərərli vərdişlərə aludəçi olan gənclik çox təhlükəlidir.

Millət vəkili Etibar Əliyev