Turan İbrahimov DİN-ə müraciət etdi

Paylaşın

Motosikletli Bolt kuryerləri yetəri qədər riskli işlə məşğuldular. O zəhmətleş uşaqlara hər zaman rəğbətlə və bir az da ürək ağrısı ilə baxmışam.

News365.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Turan İbrahimov deyib.

“Son günlər bir məqamı da müşahidə edirəm. Yollarda əməlli-başlı qəza şəraiti yaradırlar. Bəziləri o qədər “püxtələşib” ki, hətta sözün əsl mənasında ekstrim şou da göstərməkdən çəkinmirlər. Tıxaclar zamanı kiçik məsafəli aralardan riskli manevrlər edirlər. Artıq dəfələrlə parklanmış şəkildə olan maşınları sürtüb, cızıb, əzib qaçdıqlarını da görməyə başlamışam. Ziq-zaq edə- edə şütüyürlər, dəyirlər, əzirlər, heç geriyə də baxmadan sürüb gedirlər. Belə olmaz!
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, xahiş edirəm, Bolt kuryerlərinə nəzarəti gücləndirin. Yetəri qədər narahatedici və ziyanverici olmağa başlayıblar.” Deyə T.İbrahimov vurğulayıb.

 

K.H

News365.az