“Ermənistan – İran müttəfiqliyi Azərbaycan – Türkiyə qardaşlığına qarşı hər hansı təhdid potensialına malik deyil”
News365.azxəbər verir ki, bu sözləri siyasi şərhçi Telman Nüsrətoğlu bildirib. Siyasi şərhçi onu da qeyd edir ki, Azərbaycan hüquq normalarına əsaslanaraq regiona sülh gətirmək istəsə də, dünyanın əksər dövlətləri Azərbaycana qarşı mövqe alır:
“Ermənistan – İran müttəfiqliyi Azərbaycan – Türkiyə qardaşlığına qarşı hər hansı təhdid potensialına malik deyil. Bu gün Çinin İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yenidən normallaşmasında olduqca maraqlı olduğunu görürük. Ümumiyyətlə, dünya dövlətləri böyük çoxluğunun Azərbaycanın apardığı siyasətə qarşı mövqe ortaya qoyduqlarını görürük. Zəngəzur dəhlizinin açılması, bölgəyə sülhün, sabitliyin gəlməsi region üçün müsbət haldır. Lakin İran yenə də destruktiv siyasət aparmaqda davam edir”.