“Sülhün heç bir alternativi yoxdur”

Paylaşın

Prezident İlham Əliyev Tərtərdə-Talış kəndində çıxışı zamanı Azərbaycanın tələblərini bir daha irəli sürdü.

Bunu news365.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
“Sülhün heç bir alternativi yoxdur. Əgər sülh müqaviləsi imzalanmayacaqsa regionda sülh olmayacaq. Azərbaycan hər bir ssenariyə, dünyada gedən geosiyasi proseslərə hazırdır. Bu mesajı verməklə həm də cənab prezident bildirdi ki, Azərbaycan xalqının dəstəyinə arxalanır. Eyni zamanda abadlıq, quruculuq işləri də böyük surətlə davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, Zəngilanın Ağalı, ardınca Tərtərin Talış və qarşıdakı dönəmdə Laçın sakinləri öz doğma torpaqlarına qayıdacaqlar. Eyni zamanda regionda mühüm infrastruktur layihələrinin icrasıyla bərabər Zəngəzur dəhlizinin tikintisi də surətlə davam etdirilir. Bu o deməkdir ki, Azərbaycan çox şaxəli şəkildə fəaliyyət göstərir. Regionda təhlükəsizlik, sülh və sabitliyi qorumaq üçün, proseslərdə özünü milli maraqlar konteqstində göstərir. Digər tərəfdən isə regionun yenidən qurulması və keçmiş məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə öz evlərinə qayıdışı prosesi gedir.” Deyə İ.Hüseynov vurğulayıb.

K.H
News365.az