“Sabah” 50-ci qələbəsini qazandı

Paylaşın

“Sabah” futbol klubu Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb. Bu, mövsümün XXVII turuna təsadüf edib.

Peşəkar Futbol Liqası xəbər verir ki, Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib.

Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb. “Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.
Qeyd edək ki, Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib.