Müasir suvarma sistemlərinin tətbiqi artırılır

Paylaşın

” Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair” Prezident fərmanına əsasən, təsdiq edilmiş qaydalara görə fermerlərə güzəştlər tətbiq olunur. Fermerlər ölkəyə gətirilən müasir suvarma sistemləri dəstini 20% ilkin ödəniş, 40% subsidiya, 40% əlverişli kredit şərtləri ilə əldə edə bilərlər.

News365.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev bildirir ki, fermerlərə əlavə güzəştlər nəzərdə tutulub:
” Pivot suvarma sistemlərinin qurulması ilə fermerlər əlavə güzəştləri daha asan əldə edəcəklər. Onlar Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə əsasında istehsal etdikləri ərzaqlıq buğdanın hər tonuna görə 100 manat əlavə məhsul subsidiyası alacaqlar. Bu ölkədə ilk dəfə buğda bitkisinə məhsul subsidiyasının tətbiqi deməkdir. Qonşu torpaq sahibləri birləşərək (50 hektarlıq sahə alındığı təqdirdə) onlar pivot suvarma sistemlərinin qurulması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər. Onların qeydiyyatı götürülür və onlar ərzaqlıq buğda proqramı çərçivəsində nəzərdə tutulan güzəştləri əldə edirlər”.