“2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk zamanlarda ağıllı adamlar ona iki kresloda oturmağa çalışmamağı məsləhət görürdülər”.
“Caucasian Bureau” saytı xəbər verir ki, bu sözləri erməni politoloq Tevos Arşakyan deyib.
Onun fikrincə, Ermənistanın eyni anda həm Qərblə yaxınlaşmaq, həm də mövcud hərbi-siyasi və iqtisadi statusu qorumaq (Rusiya ilə birliyi ehtiva edən KTMT və AİB kimi təşkilatlarda qalmaq – red.) şansı yoxdur.