Sən öz keçmişin deyilsən
Səhv edə bilərik, amma öz səhvlərimiz deyilik. Hər birimiz onun emosional yükünü daşıyırıq. Bizi dərindən dəyişdirən təcrübələrimiz olmasaydı, bugünkü insanlar ola bilməzdik. Keçmişinizlə barışın. Hər gün daha yaxşı insan olmaq və arzularınıza daha bir addım yaxınlaşmaq üçün yeni bir fürsətdir. Sizi incidən insanları bağışlayın və yolunuza davam edin.
Siz öz hərəkətləriniz deyilsiniz
Təəssüf ki, hələ də qarışıq olan mövzulardan biri də özünə hörmətdir. Mən bunu bir çox insanlarda, peşəkarlarda, idmançılarda və ya övladlarının uğurları ilə fəxr edən sadə valideynlərdə görürəm. Qazandıqları hər nəticəyə görə özlərinə hörmətləri artır. Özünə hörmət anadangəlmə hüquqdur və heç bir xarici hadisədən asılı deyil, daha doğrusu, asılı olmamalıdır! Bəs niyə özümüzə qarşı şərtsiz sevgi hiss etmək bu qədər çətindir? Problem ondadır ki, eqomuz bəzən bizimlə oyun oynayaraq, dəyərimizdən şübhələnməyə məcbur edir. Biz özümüzdə deyil, kənarda (məsələn, karyera, yaş, fiziki görünüş, pul) təsdiq axtarırıq. İstənilən vəziyyətdə və nə etməyə qərar verdiyinizdən asılı olmayaraq seviləcəyinizə əmin olsaydınız, həyatınız necə olardı?
Sən düşündüyündən daha güclüsən
Hamımızın qeyri-adi bir daxili gücümüz var, lakin bəzən özümüzə qarşı o qədər sərt və tənqidi oluruq ki, hətta bunun fərqinə varmırıq. Həyat hadisələrinin sizi sınadığı və bütün ehtimallara qarşı dayana bildiyiniz zamanları düşünün. Əgər bunu o vaxt bacarmısansa, yenə də edəcəksən.
Siz olmaq istədiyiniz hər şey ola bilərsiniz
Əsl cəsarət ürəyinizi izləməkdir, hətta ağıl sizə tam əksini əmr etsə belə. Uşaq olanda nə etmək istəyirdin? Xarici şərtlərin, mühakimələrin və gözləntilərin arzularınızı bir kənara qoymasına imkan verməyin. Həmişə olmaq istədiyin kimi olmaq heç vaxt gec deyil.
Səsinizi eşitdirməyin vaxtıdır
Biz artıq ‘kifayət qədər yaxşı deyil’ və ya ‘nə etsəm, insanlar məni tənqid edəcək’ sözlərin arxasında gizlənə bilmərik. Biz özümüzü eşitməliyik! Biz enerjimizi azad edib dünyaya yaymalıyıq. Dəyişiklik vaxtı gəldi! Hamımızın böyük potensialı var!
Bu bayramda da cəsarətin hər zaman sizinlə olması diləyi ilə…
Mələk Heydərova