Bunu gələcək nəsillərə ötürmək borcumuzdur

Paylaşın

Milli adət-ənənələrin qorunmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

Bunu news365.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli bildirib.
“Valideynlər övladlarını tərbiyyə edərkən öz dədə-babalarından öyrəndikləri məsələləri onlara aşılamalıdırlar. O halda bizim adətlərimiz unudulmaz. Zəncirvari şəkildə nəsildən nəsilə ötürülər. Amma indi bəziləri tənbəllik edir. Baxın, bizim bayram süfrəmiz çox zəngindir, təamlarımız genişdir. İnsanların evdə bişmələr etməsi gözəl şeydir, amma daha çox mağazalardan almağa üstünlük verirlər. Evdə bişmirsə, övlad bunu görmür və dolayı yolla unudulub gedir…”

K.H

News365.az