“Bu toplantı Azərbaycanın böyük nüfuz sahibi olduğunu göstərir”

Paylaşın

Ankaradakı fövqəladə toplantı Türk dövlətlərinin birliyinin artmasını, eləcə də bu təşkilatda Azərbaycanın böyük nüfuz sahibi olduğunu göstərir.
Bunu news365.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
“Biz Türk dövlətləri olaraq yalnız mənəvi əsaslarla birləşməmişik. Cənab R.T.Ərdoğanın da dediyi kimi Azərbaycanın qurduğu infrastrukturlarla orta Asiya ölkələri və Türkiyə arasında bir bağ qurulub. Orta Asiya ölkələri öz suverenliklərini məhz prezident İlham Əliyevin reallaşdırdığı Bakı-Tiblis-Ceyhan, Cənub qaz dəhlizi vasitəsilə gücləndirməklə bərabər öz bağlarını da möhkənləndirir” deyə millət vəkili vurğulayıb.

K.H
News365.az