“Azərbaycan antiterror əməliyyatı həyata keçirsə, maksimum 4 gün çəkəcək”

Paylaşın

“Azərbaycan antiterror əməliyyatı həyata keçirsə, maksimum 4 gün çəkəcək”.

Bu sözləri news365.az saytına açıqlamasında hərbi ekspert Elmar Hüseyn bildirib. Qars şəhərinin Sarıqamış rayonunda həyata keçirilmiş “Qış-2023″ hərbi təlimlərində Azərbaycan Ordusunun performansını xatırladan ekspert qeyd edir ki, ordumuz bu gün 2020-ci ildəki ordudan da qat-qat güclüdür:

” Dünyanın ən sərt təlimi dağlıq və qarlı şəraitdə Qarsda keçirilən hərbi təlim oldu. Bu təlimdə 16 ölkə iştirakçı və 26 ölkə müşahidəçi qismində iştirak etdi. Bu təlim bir daha Azərbaycan Ordusunun potensialını və gücünü göstərir. Hazırda Ermənistan təkzib etsə də, Ermənistan Ordusunun artilleriya sistemləri, silah- sursatları məhv edilib. Bərpa olunmaq vəziyyətində deyil. Azərbaycanın qələbəsinə sevinməyən dövlətlər var. Müharibə təkcə Azərbaycan- Ermənistan arasında deyil, Ermənistan və ona havadarlıq edən dövlətlərin birliyi ilə oldu. Azərbaycan qələbə qazandı”.

Hərbi ekspert eyni zamanda qeyd edir ki, Qarabağdakı seperatçı qüvvələri təmizləmək üçün Azərbaycan əsgərlərinə maksimum 4 gün kifayətdir:
” Azərbaycan antiterror əməliyyatı həyata keçirsə, maksimum 4 gün çəkəcək. Ordumuz 2020-ci ildəki ordudan da daha güclüdür. Ordumuz ən yüksək dağ vadilərində qısa müddətdə ən mükəmməl əməliyyatları həyata keçirə bilər. Aviasiyamız təkmilləşdirilib. Raket artilleriya sistemləri dəqiq atəş əmrini yerinə yetirməyə qadirdir”