Avtomobildə başından vurulub ÖLƏN ŞƏXS KİMDİR?- FOTO

Paylaşın

Hakkarinin Yüksekova rayonunda qan donduran hadisə baş verib.

Kajin Dereli adlı şəxs park edilmiş avtomobildə başında tək güllə  ilə ölü tapılıb.

Dəhşətli hadisə saat 16:00 radələrində Yüksekova-Esendere avtomobil yolunda baş verib. İddiaya görə, şose kənarında park edilmiş avtomobilin sürücü kreslosunda hərəkətsiz qalan şəxsi görənlər polis, jandarma və sağlamlıq qruplarına xəbər verib.

Bölgəyə göndərilən tibb işçiləri başından güllə yarası alan Kajin Dərəlinin öldüyünü müəyyən ediblər. Jandarma, avtomobilin ətrafına təhlükəsizlik zolağı çəkərək araşdırma qruplarını hadisə barədə məlumatlandırıb

Dərəlinin ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Aytac Şahin