“O narkaman idi. Gəlib girib içəri, qapını bağlayıb, bacım qızına 15 bıçaq vurub. Sonra bacım pəncərəni sındırb girib içəri, bacıma da 5 dənə bıçaq vurub, vəziyyəti ağırdır, o da əməliyyatdadır.”
Bunu news365.az-a açıqlamasında ötən gün Astara rayonunun Şiyəkəran kəndində qətlə yetirilən Əfsanə Ramazanovun dayısı bildirib.
Lənkəran Təcili Yardım şöbəsinin müdiri Elgiz Baxşəliyev news365.az-a bildirib ki, “17 radələrində Sevda Ramzanova təcili yardım şöbəsinə daxil olmuşdur. İlkin müayinənin nəticəsində sol tərəfli döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu qoyuldu. Xəstə təcil olaraq cərrahiyyə əməliyyat blokuna verildi, vəziyyəti ağır olaraq qiymətləndirlir.”
Astara rayon prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalar zamanı 32 yaşlı Fərmayil Əliyevin Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Sevda Ramazanovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb. Fakta üzrə Astara rayon prokurorluğunda cinayət işi açılıb.
Astara rayonun Şiyəkəran kəndində qətl hadisəsi baş verib. Belə ki, 27 yaşlı Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və 53 yaşlı anası Sevda Ramazanovaya xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. Yaralı Sevda Ramazanova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əfsanə Ramazanovanın isə meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
K.H
News365.az