Bahar fəsli bu tarixdən başlayacaq

Paylaşın

Avesta təqviminə görə Yeni Günəş ili martın 21-də Bakı vaxtilə gecə saat 01:24-də başlayacaq.
Bunu news365.az-a açıqlamasında astroloq Səbuhi Rəhimli bildirib.
“Martın 21-i saat 01:24-də Günəş Qoç bürcünə girəcək, Bahar fəsli gələcək, yaz gecə-gündüzü bərabərliyi olacaq, Tovuz ili başlayacaq.
Ən əsası 21-ci əsrdə ilk dəfə olaraq Yeni il günü həm də təzə Ay doğacaq(Bakı vaxtilə axşam saat 21:23-də). Bu isə yaxşı əlamətdir” deyə astroloq vurğulayıb.

K.H
News365.az