“Tıxacın qarşısını ala bilmək üçün ictimai nəqliyyatları inkişaf etdirməliyik.”

Paylaşın

Şəhərdaxili sürət həddinin aşağı salınması heç də tıxacların yaranmasına əsas vermir. Əksinə bir çox hallarda optimal surət axınların effektiv idarə olunmasına gətirib çıxarır.

Bunu news365.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzə bildirib.

“Son illər biz görürük ki, yol nəqliyyat hadisəsi nəticəsində həlak olanların sayı durmadan artırm bunun əsas səbəbi surətdir. O ki qaldı cəmiyyətdə olan fikirlərə ki, surətin azaldılması tıxaca səbəb olacaq. Hesab edirrm ki, tıxacı yaradan səbəblər tam fərqlidir. Tıxacın qarşısını ala bilmək üçün biz şəhərdə müxtəlif ictimai nəqliyyatları inkişaf etdirməliyik.”

K.H
News365.az