“Taxıl sazişi”nin müddəti UZADILDI

Paylaşın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin müddətinin uzadıldığını bəyan edib.
Türkiyə KİV-ləri xəbər verir ki, hələlik əldə edilən yeni sazişin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.