Soğanın qiyməti “göz yaşardır”

Paylaşın

Bazarlarda soğanın 1 kiloqramının qiyməti 1 manat 50 qəpik təşkil edir. Ekspertlər qiymətin baha olmasını məhsulun azlığı ilə əlaqələndirirlər. Köhnə məhsul tükənmək üzrədir, yeni məhsul isə azdır. Nəticədə qiymətlər əl yandırır.

News365.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov soğanın qiymətinin baha olmasını mövsüm faktoru ilə əlaqələndirir:
” 2021-2022- ci illərin fevral – mart aylarında soğanın qiyməti 1 manat 50 qəpikdən də baha idi. İndi də qiymət artımının səbəbi mövsümlə bağlıdır. Ölkədə lazımi səviyyədə tədarük məntəqələrinin və anbar infrastrukturunun olmaması da qiymətlərə təsir edir” .
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzindən bildirildi ki, soğanın pərakəndə satış qiyməti 1 manat 10 qəpik- 1 manat 50 qəpik arasında dəyişir. Topdan satış qiyməti isə 95 -98 qəpikdir. Bundan sonra soğanın qiymətinin bahalaşması gözlənilmir.