Skuterlər ən sərfəli nəqliyyat vasitəsi olsa da, təəssüf ki, onlardan istifadəylə bağlı problemlər var.
Bunu news365.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.
“Yol hərəkəti qaydalarında skuterlərlə bağlı heç bir anlayış yoxdur. Ən vacib məsələlərdən biri odur ki, skuterdən istifadə edən vətəndaşlar kimlərdir? Piyadadırmı, yoxsa velosiped sürən şəxslə bərabərdirmi? Hansı ki, paytaxtda heç velosiped istifadə etmək üçün də infrastruktur yoxdur. Velosiped infrastrukturu sıfıra bərabərdir. Sadəcə qısa fraqmentlər var.” Deyə ekspert vurğulayıb.
K.H
News365.az