Mətbuatda 2023-cü ildə Rusiyanın Ukrayna- Rusiya müharibəsinin gedişatından asılı olaraq Moldovaya hücum planlaşdırdığına dair məlumatlar dərc olunmuşdu. Moldova Təhlükəsizlik Şurasının rəhbəri Aleksandru Musteata bildirmişdi ki, Rusiya Federasiyasının Moldova Respublikası ərazisini işğal edib-etməyəcəyi deyil, bunun nə vaxt baş verəcəyidir: ya ilin əvvəlində – yanvar-fevralda, ya da daha sonra – mart-apreldə.Rusiyanın hücum planları digər ölkələrə necə keçir?
News365.az xəbər verir ki, politoloq Yeganə Hacıyevanın fikrincə, Rusiya hakimiyyətində müəyyən qrup var ki, onlar Rusiyanın imicini pozmaq üçün hərbi planları sızdırırlar:
” Planları ilə bağlı məlumatların sızdırılması Rusiya hakimiyyətinin özündən qaynaqlanır. Bunun da bir neçə vacib əsasları var. Rusiya hakimiyyətində bir qrup mövcud Rusiya hakimiyyətinin beynəlxalq imicini pis etməyi qarışısına məqsəd qoyub. Sızmanı da bu aspektdən dəyərləndirməliyik. Ümumiyyətlə, Rusiyanın qonşuları ilə bağlı təxribatçı və ya digər istiqamətlərdə planları mövcuddur”.