Rusiya Moldovaya 5.7 milyon kub metr təbii qaz tədarük edir

Paylaşın

Rusiyayla Moldova arasında soyuq müharibənin getdiyi bir zamanda bu ölkənin Qazpromdan asılılığı qalır. Son statistikaya əsasən Rusiya Moldovaya 5.7 milyon kub metr təbii qaz tədarük edir.
İqdisadçı Fuad İbrahimov mövzuyla bağlı fikirlərini news365.az-la böalüşüb.
“Nəzərə almaq lazımdır ki, Moldovanın qaz təchizatı 60-cı illərin ortalarından başlamışdı. Sonrakı dövrdə əsas xətt SSRİ dövründə Transbalkan qaz-boru kəməri vasitəsilə təchiz olunub. Bu Ukrayna ərazisindən Moldovaya, oradan Rumunıyaya və ordan da digər ölkələrə paylanılırdı” deyə ekspert vurğulayıb.

K.H
News365.az