“Mirzoyan Rusiya ilə münasibətlərdə böhranın olmadığını bildirən mesajlar verəcək”

Paylaşın

” Rusiya – Ermənistan münasibətlərində hazırkı vəziyyətdə kəskin yaxşılaşma və ya pisləşmə gözləmirəm”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Nazim Cəfərsoy martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan  ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutacaq görüş barədə danışarkən deyib:

“Rusiya – Ermənistan münasibətləri o qədər genişmiqyaslı, çoxcəhətli bir münasibət sisteminə çevrilib ki, birdən- birə proseslərin qopması Paşinyan hakimiyyəti üçün də çətindir. Azərbaycan – Türkiyə münasibətləri kontekstində belə bir kəskin hərəkət Paşinyan hakimiyyətinə baha başa gələr. Görüş Ermənistanın ittihamları fonunda Rusiya ilə baş verən gərginliyi yumşaltmaq üçündür. Mirzoyan Rusiya ilə münasibətlərdə böhranın olmadığını bildirən mesajlar verəcək”.