Kür çayında vəziyyət hər gün şiddətlənir
Bunu news365.az-a açıqlamasında Akademik H.Əliyev adına Coğrafiya İnstititunun şöbə müdiri Mirnuh İsmayılov bildirib.
“Kür çayında cəziyyət acınacaqlıdır. Xüsusilə Salyan rayonundan başlayaraq Neftçalaya qədər çay yatağında davamlı bitki örtüyü əmələ gəlib. Davamlı bitki örtüyünun əmələ gəlməsi çayda gedən ekoloji ziddiyyəti göstərir. Çayda sadəcə kiçik gölməçələr qalıb.”
Mingəçevirdən gələn suyun kəsilməsinə gəlincə…
“Mingəçevirdə gərək su olsun ki, axıdılsın. Mingəçevir eyni zamanda soyutma sistemlərinə ən çox su verən ambardır. Su qıtlığı var. Bu da dolayı yolla gətirib Kürdə də suyun azalmasına çıxarır.”
K.H
News365.az