İşə görə yox, istirahətə görə pul ödəyirdi

Paylaşın

Məşhur biznesmen, iş dünyasında bir sıra yeniliklərin müəllifi olan Henri Ford avtomobil zavodunda çalışan təmir briqadasına işləməyə görə deyil, istirahətə görə pul verirdi.

Briqada konveyerin fasiləsiz işləməsinə cavabdeh idi. Konveyer xarab olanda bütün iş dayanırdı. Bu zaman briqadanın otağında qırmızı işıq yanırdı və onlara pul ödənilməyəcək vaxtın sayğacı işə düşürdü. Buna görə də təmirçilər iki şeyə can atırdılar: təmiri sürətlə edib otaqlarına qayıtsınlar, sayğac dayansın və təmiri keyfiyyətlə etsinlər ki, konveyer mümkün olduğu qədər çox işləsin və sayğac tez-tez işə düşməsin.

Tarixçi Yadigar Sadiqli