İranın Azərbaycan ərazilərində təxribat törədəcəyi ilə bağlı ehtimalar artır

Paylaşın

16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı – İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamənin yekdilliklə qəbulu, ardınca İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən qətnamıni alqışlamasını bir cümlədə izahı belədir :

– Böyük əksəriyyəti öz ərazisində İranın təxribatçı terrorçuluq fəaliyyətindən əziyyət çəkən, bir qismi isə İranın iqtisadi tərəfdaşı olan İslam Əməkdaşlıq Təşkilatı ölkələri İrana mesaj verirlər ki, Tehranın istənilən anti Azərbaycan addımlarına qarşı Azərbaycanın yanında olacaqlar.

Qeyd edim ki, bir neçə gündür SEPAH öz quru qoşunlarını Azərbaycanla həmsərhəd bölgələrdə gözlənilmədən döyüş hazırlığı vəziyyətinə gətirib.

İslam İnqilabının Keşikçiləri Korpusuna bağlı medianın verdiyi məlumatlara görə, qoşunların döyüş hazırlığı ilə eyni vaxtda SEPAH-ın təbliğat mənbələri də müxtəlif videroliklər paylaşaraq məlumat yayırlar ki, İran “bölgədə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə yönəlmiş istənilən addıma qətiyyətlə qarşı çıxacaq.

Bu mesajın Azərbaycana yönəlik səslənməsini iddia etmək üçün əsaslar:

– Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılması gözləntisi olduğu zamanlarda ,

– Qarabağa gizli yollarla Sepah terrorçularının keçməsi haqqında məlumatlar ,

– Ermənistanın Azərbaycanla sərhəddə , Sunik vilayətində aktivliyi ni nəzərə alaraq İranın Azərbaycan ərazilərində təxribat törədəcəyi ilə bağlı ehtimaları artırır.

 

Yeganə Hacıyeva