“İmtahanları sadələşdirmək lazımdır”

Paylaşın

Dərs ili bitməmiş buraxılış imtahanı keçirilməsi şagirdlərdə dərsə olan marağı azaldır. Bu halın qarşısının alınması üçün imtahanlar dərs ilinin sonunda keçirilməlidir.

Bunu news365.az-a açıqlamasında təhsil eksperti Vəfa Vəliyeva bildirib.

“Ümumiyyətlə blok imtahanlarıyla, buxarılış imtahanlarının arasında məsafə çox olmalı deyil. Onsuz da onların nəticəsində 2 alan şagird belə attestat alır. O zaman biz niyə gözləyirik ki, şagird cavabı alıb sonra imtahan versin. Çox sadələşdirmək lazımdır imtahanlar. Zatən bir çox ölkələrdə qəbul attestatla həyata keçirilir. Blok imtahanlarını çətinləşdirmək düzgün deyil.”

 

K.H

News365.az