Hakim oyuna 42 dəqiqə artırdı, ömürlük uzaqlaşdırıldı – VİDEO

Paylaşın

Boliviya çempionatında qeyri-adi hal yaşanıb.

“Apnews” xəbər verir ki, “Palmaflor” və “Blominq” komandaları arasında Çapare şəhərində baş tutan görüş (3:2) 132 dəqiqə davam edib.

 

Belə ki, hakim liqa matçına 42 dəqiqə əlavə edib. O, bunu “Palmaflor”un qolu zamanı VAR-a uzun müddət baxması, eləcə də qonaq komandaya göstərilən iki qırmızı vərəqədən sonra dava düşməsinə görə edib.

“Blominq” özünün “Twitter” səhifəsində güclü yağış altında keçirilən oyunun həddindən artıq uzanması nəticəsində oyunçularının ağır zədə riski ilə üzləşmələrindən şikayətləniblər. Boliviya Futbol Federasiyası referi Xulio Qutyerrezi hakimlikdən ömürlük uzaqlaşdırıb.

Qeyd edək ki, “Palmaflor”un idman direktoru Boliviyanın keçmiş prezidenti Evo Moralesdir. O, 2006-2019-cu illərdə ölkəyə rəhbərlik edib. Onun funksioneri olduğu klub bu il ölkənin yüksək divizionuna yüksəlib və hazırda ilk “3-lük”dədir.

Mirağa