“Ermənistanın cəhdləri inteqrasiya deyil, müstəmləkənin yeni ” ağa” axtarışıdır”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Qədir Aslan Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq meyli barədə danışarkən deyib:
” Avrointeqrasiyanın Qafqazda bayraqdarı rəsmi Bakıdır. Ermənistanın Qərblə yaxınlaşmaq cəhdləri avrointeqrasiya deyil. Ermənistanın ümumdaxili məhsulunun 60%-dən çoxu borc olan, demoqrafik böhranla yanaşı bir çox sahələrdə problem yaşayan dövlətdir. Yəni “failed state” -dir. Bu şəkildə Ermənistan harasa inteqrasiya edə bilməz. Ermənistan ancaq xidmət üçün qoşula bilər. Avropa Birliyi ilə də münasibətləri xidmət üçün ola bilər. Rəsmi İrəvan bir patronun təsirindən çıxıb, indi isə başqa patron axtarışındadır. Ermənistanın cəhdləri inteqrasiya deyil, müstəmləkənin yeni ” ağa” axtarışıdır”.