“Ermənistanın arxasında dayanan qüvvələr onu idarə edir”

Paylaşın

” Ermənistan müstəqil siyasət aparmır”.

News365.az xəbər verir ki, bu sözləri Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib. O, bildirir ki, Ermənistan KTMT-ni münaqişəyə cəlb edə bilmədiyi üçün indi də Avropanı münaqişəyə çəkməyə çalışır:

“Ermənistanın arxasında dayanan qüvvələr onu idarə edir. Ermənistan dövləti mövcudluğu tarixindən ” ağalarının” himayəsində olub. Onların iradələrindən asılı olaraq hərəkət edib. Ermənistan müharibə və post- müharibə dövründə çalışırdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlətlərini, o cümlədən Rusiyanı münaqişəyə cəlb etsin. Buna müyəssər ola bilmədilər. Ona görə də indi də Avropanı münaqişəyə cəlb etməyə çalışırlar. Ermənistan xalqı ikinci müharibəyə hazırlaşmır. Onlar nəticəni gördülər və razılaşdılar. Ermənistan hakimiyyətinin ” oyuncaq” olması prosesi çətinləşdirir”.