“Ermənistanda sülh gündəmi yoxdur”

Paylaşın

” Reinteqrasiya məsələsində Paşinyanın maraqlı olmadığını düşünürəm”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kamal Əliyev səsləndirib. Siyasi şərhçinin fikrincə, Ermənistan hökümətinin əsas məqsədi Ukrayna-Rusiya müharibəsinin nəticəsi və ya Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələri bəlli olana qədər prosesi yubatmaqdır:

“Martın 1-də baş tutan görüşlər bağlı Ermənistan tərəfi bildirir ki, bu görüşdə humanitar və texniki məsələlər müzakirə olunacaqdı, lakin Azərbaycan müzakirəni siyasiləşdirdi. Bundan sonra Ermənistan Bakıda görüş dəvətindən də imtina etdi. Həm Ermənistan hakimiyyəti Armen Qriqoryan, həm də seperatçı “rəhbər” Araik Arutunyan imtina etdi. Ermənistan bildirdi ki, Qarabağ erməniləri Azərbaycana reinteqrasiya etmək niyyətində deyillər. Nə Qarabağın qondarma rejimi, nə də Ermənistan hökuməti reinteqrasiyanı dəstəkləyir. Çünki Ermənistanın münaqişənin həlli gündəmi yoxdur. Onlar prosesi uzadırlar. Rusiya- Ukrayna müharibəsinin nəticəsini, Türkiyə seçkilərinin nəticələrini gözləyirlər”.